Xalq Müdafiəçisinin nümayəndələri inzibati qaydada saxlanılan şəxslərə baş çəkib
Mayın 22-də Xalq Müdafiəçisinin nümayəndələri Tbilisi Şəhər Məhkəməsi yaxınlığında inzibati qaydada saxlanılan iki şəxsə baş çəkiblər.
Saxlanılan şəxslər polis tərəfindən həddindən artıq güc və pis rəftarın mümkün olduğunu bildiriblər. Onlardan birinin bədənində görünən xəsarətlər, əsasən, əzalarında şişlik, qızartı, göyərmə və cızıqlar olub.
Kobud rəftar faktlarına müvafiq hüquqi cavab verilməsi üçün artıq Xalq Müdafiəçiliyi Xüsusi İstintaq Xidmətinə müraciət edib və davam edən məhkəmə prosesini nəzarətdə saxlayacaq.
İnsan hüquqlarının pozulması faktları ilə bağlı - 1481 nömrəli Xalq Müdafiəçisin qaynar xəttinə zəng etməklə bizə məlumat verə bilərsiniz.